Bill Klinton keçirdiyi konfrans üçün İsveç bankından 600 min avro alıb

media-hightechnic-468x90

скачанные файлы (1)ABŞ-ın sabiq prezidenti Bill Klinton keçirdiyi konfrans qarşılığında 5,5 milyon kron (təxminən 600 min avro) məbləğində vəsait əldə edib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, B. Klintonun aldığı məbləğin həcmi İsveçin “Handelsbanken” adlı bankının vergi idarəsinə bəyannamə göndərən zaman məlum olub.

Bankın mətbuat xidmətinin rəhbəri Benqt Karlson isə bankın ödədiyi vəsaitlərlə bağlı şərh verməyəcəyini bildirib.

Qeyd edək ki, Klinton keçirdiyi seminar və konfranslara görə 400 min avro alır. “Handelsbanken”dən aldığı vəsait isə onun indiyədək bu tipli tədbirlərdən qazandığı ən yüksək məbləğdir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600