“Microsoft”un qurucusu Bill Qeyts və arvadı Melinda Qeyts boşanmaq qərarına gəliblər.
Yenicag.az xəbər verir ki, bu barədə Bill Qeytsin tvitterdə xanımı ilə birlikdə yaydığı açıqlamada bildirilir.
“Münasibətimiz barəsində çox düşündükdən və çalışdıqdan sonra evliliyimizə son qoymaq qərarını verdik”, – deyə, açıqlamada qeyd olunur.
Qeytslər bildiriblər ki, onlar 27 il nikah zamanı üç gözəl uşaq böyüdüblər və bütün dünyada fəaliyyət göstərən xeyriyyəçilik fondu yaradıblar.
“Fond üzərində birlikdə çalışmağa davam edəcəyik, amma artıq bir cüt olaraq həyatımızın bu yeni mərhələsində birlikdə yaşaya biləcəyimizə inanmırıq”, – Qeyts cütlüyü bildirib.
www.yenicag.az