Hakan Fidan iranlı həmkarı ilə etirazları müzakirə etdi

media-hightechnic-468x90

Türkiyənin xarici işlər naziri Hakan Fidan İrandakı vəziyyəti müzakirə etmək üçün iranlı həmkarı Abbas Araqçı ilə telefon danışığı aparıb. 

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik təfərrüatları açıqlamadan bildirib ki, söhbət zamanı İrandakı son hadisələr müzakirə olunub.

Xatırladaq ki, 29 dekabr 2025-ci ildə Tehranda tacirlər və biznes nümayəndələri İran rialının kəskin şəkildə düşməsi səbəbindən etiraz aksiyalarına başlayıblar. Nümayiş sonradan böyük şəhərlərə yayılan iğtişaşlara çevrilib. Xarici işlər naziri Əraqçinin sözlərinə görə, 8 yanvardan bəri etirazçılar arasında silahlı terrorçular peyda olub. İran hakimiyyəti iğtişaşların təşkilində İsrail və ABŞ-ni günahlandırıb.

ABŞ prezidenti Donald Tramp əvvəllər Tehrana qarşı güc tətbiq etməyi ciddi şəkildə nəzərdən keçirdiyini bildirmişdi. Gözlənilir ki, tezliklə o, İrandakı hadisələrə cavab vermək üçün ölkə daxilindəki hədəflərə zərbə endirəcək. /unikal

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05