Uitkoff İran şahının oğlu ilə gizli görüş keçirdi

media-hightechnic-468x90

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff İranın son şahının oğlu və İran müxalifətinin lideri Rza Pəhləvi ilə gizli görüş keçirib.

Yenicag.az xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat verib.

ABŞ-ın yüksək vəzifəli rəsmisi görüşün ötən həftə sonu baş tutduğunu bildirib.

Portalın məlumatına görə, bu, İranda kütləvi nümayişlər və iğtişaşların başlamasından bəri ABŞ administrasiyası ilə müxalifət qüvvələri arasında ilk belə yüksək səviyyəli görüşdür.

“Pəhləvi rejimin süqutu halında özünü keçid lideri kimi təqdim etməyə çalışır”, – “Axios” yazır./Apa/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa