Xalq artisti bacısını müdafiə etdi: “Azərbaycanda ər yoxdur?”

media-hightechnic-468x90

“Dedilər, Sədaqət getdi Türkiyədə ər axtarmağa. Bəyəm, Azərbaycanda ər yoxdur?”

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova “Tarixin bir günü” verilişində deyib. O, vaxtilə bacısı Sədaqət Dadaşova barədə yayılan şayiələrə aydınlıq gətirib:

“Mənim bacılarımı elə insanlar müzakirəyə qoydular ki, mən məəttəl qaldım. Birinə zəng edib dedim: ‘Ay qız, sən də Sədaqətdən danışırsan? Sən get özünə, əməllərinə bax’.

Dedilər ki, Sədaqət getdi Türkiyədə ər axtarmağa. Bəyəm Azərbaycanda ər yoxdur? İkincisi, nə qədər gerizəkalı olmalısan ki, o tok-şoulara inanasan. Həmin vaxt əmioğlum Rafael məndən incidi ki, ‘Brilliant, gərək sən onu qoymayaydın o proqrama çıxsın’.

Sədaqətə dedim ki, o proqramdan çıx. Dedi: ‘Mənim müqaviləm var’. Bildirdi ki, əslində məqsədi rejissorların onu görməsidir. Aktrisadır axı… Azərbaycanda çəkiləndə o pulları qazanmaq olmur. Ona həmin müqavilə ilə 5 min dollar pul vermişdilər”.

Nehru

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05