!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO

!Reklam – Yazi

Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Sahə 2 ünvanında sakinlər su problemindən əziyyət çəkirlər.

Əraziyə uzun müddətdir su xətti çəkilmədiyindən sakinlər içməli suya həsrət qaldıqlarını bildiriblər:

“20 ildir burada yaşayırıq. Biz hələ şirin su görməmişik. Həmişə qablarla almışıq. Elə bil Somalidə yaşayırıq”.

Problemdən “Azərsu” da xəbərdardır. Qurumdan bildirilib ki, hazırda Binə qəsəbəsinin 30 faizində mərkəzləşmiş su təchizatı xətləri mövcuddur. Əhalinin 70 faizi isə tələbatını fərdi qaydada ödəyir:

“Dövlət proqramına uyğun olaraq Binə qəsəbəsində proses mərhələlərlə icra edilir. Hər il yeni ünvanlara su xətləri çəkilir. Növbəti mərhələlərdə Sahə 2 ünvanına su xətti çəkiləcək. Həmin ərazidə vətəndaşlar mərkəzləşmiş içməli su ilə təmin olunacaqlar”.

Daha ətraflı Baku TV-nin süjetində:

www.yenicag.az

210
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv