Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Binəqədidə yaşayış binasında yanğın - FOTO/YENİLƏNDİ

Səhər saatlarında Bakının Binəqədi rayonunda, Koroğlu 74 ünvanında yaşayış binasında başlayan yanğın söndürülüb.

Yenicag.az-ın məlumatına görə, yanğın zamanı xəsarət alan olmayıb, lakin sakinlərdən bəziləri özlərini pis hiss etdikləri üçün hadisə yerinə təcili yardım briqadası cəlb edilib və onlara yerində yardım göstərilib.

Yanğının elektrik xətlərində qısaqapanma səbəbindən baş verdiyi bildirilir.

***

Səhər saatlarında Bakının Binəqədi rayonunda, Koroğlu 74 ünvanında yaşayış binasında yanğın baş verib.

Yanğın binanın 3-cü mərtəbəsində başlayıb.

Yanğınla əlaqədar bina sakinlərin təxliyə olunub. Hazırda hadisə yerində yanğınsöndürmə briqadası çalışır.

www.yenicag.az

10951