Bir ailə faciəvi şəkildə öldü
Rusiyanın Orenburq vilayətində yerləşən Jdanovka kəndində bir yaşayış evində yanğın baş verib.
Bu haqda məlumatı TASS agentliyi yayıb.
Məlumata görə, ev tamamilə yanıb. Evdə yaşayan bir ailənin 5 üzvü – ər-arvad və onların 3 azyaşlı (4 yaşdan 11 yaşadək) uşaqları faciləli şəkildə ölüb.
Hadisənin qısa qapanmadan baş verdiyi açıqlanıb.
Orenburq vilayətinin İstintaq Komitəsi İdarəsinin mətbuat xidməti bildirib ki, yanğının hansı səbəbdən yarandığı araşdırılır.