“Bir cənub şəhərində”n boylanan MƏŞHUR: Eldar Quliyevin ANIM GÜNÜDÜR

media-hightechnic-468x90

Heç bir film çəkməsə də belə, 1969-cu ildə ekranlaşdırdığı “Bir cənub şəhərində” bədii filmi ilə adını Azərbaycan milli kino tarixinə əbədi yazdırmışdı. Bu, onun ilk bədii filmi idi və kino aləmində uğura gedən yolda atdığı ilk addımla özünü rejissor kimi təsdiqləyə bilmişdi.

Kinomanlar göydə aldılar ki, söhbət məşhur kinorejissor Eldar Quliyevdən gedir. Milli kinomuzun bütöv bir mərhələsi, tarixi sayılan Eldar Quliyevdən. Bu gün onun anım günüdür.

Rejissor bu gün də sevə-sevə baxılan “Babək”, “Ən vacib müsahibə”, “Var olun, qızlar…”, “Ürək… Ürək…”, “Nizami”, “Nə gözəldir bu dünya…”, “Girov”, “İstanbul reysi”, “Dərvişin qeydləri” kimi filmlərə quruluş verib. Amma rejissor yaradıcılığını bu filmlərlə məhdudlaşdırmaq istəmirdi. Onun reallaşdırmaq istədiyi arzuları var idi və yeni filmlər çəkmək arzusu ilə alışıb-yanırdı.

Xatırlayıram, 78 yaşı tamam olanda onun doğum günü təəssüratlarını öyrəndim. “Bu yaşınızda ən böyük arzunuz nədir” sualına belə cavab verdi:

“Bütün yaradıcı insanlar kimi, mənim də arzularım yalnız yaradıcılığımla bağlıdır. Yeni filmlər çəkmək istəyirəm. Allah mənə imkan versin ki, bu arzularımı yerinə yetirə bilim”.

Amma tale rejissora o fürsəti yaratmadı. Lakin çəkdiyi gözəl filmlərlə adı əbədi olaraq kino tarixinə yazıldı. Hər dəfə ekranlarda Eldar Quliyevin filmlərini görəndə ürəyimizdən bir fikir keçir: nə yaxşı ki, Azərbaycan kinosunun belə mötəbər rejissorları olub. O rejissor dünya kinosunun inciləri ilə müqayisə edilə biləcək “Bir cənub şəhərində” kimi film yadigar qoyub gedib.

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600