Bir çox ölkədə saytlara girişdə PROBLEM YARANDI

media-hightechnic-468x90

Dünyanın bir çox ölkəsində saytlara giriş məhdudlaşıb.

Yenicag.az xəbər verir ki, Cloudflare sistemində baş verən genişmiqyaslı nasazlıq nəticəsində dünyanın müxtəlif regionlarında çoxsaylı internet resurslarına girişdə problem yaranıb.

Şirkətin yaydığı açıqlamada deyilib ki, Cloudflare problemi araşdırır və əlavə məlumatlar daxil olduqca ictimaiyyətə təqdim ediləcək.

Bildirilib ki, bundan əvvəl Cloudflare tərəfindən planlı texniki xidmət işlərinin görüldüyü açıqlanmışdı. Daha sonra isə şirkətin dəstək portalının provayderində nasazlıq yarandığı, bu səbəbdən istifadəçilərin dəstək müraciətlərinə baxarkən və cavablandırarkən xətalarla üzləşə biləcəyi bildirilib.

Qeyd edək ki, yaranmış problemlə əlaqədar Azərbaycanda da xəbər saytlarına girişdə məhdudiyyət yaranıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa