!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Bir dəfə məşq etmişəm" - "Şaxtyor"un sabiq futbolçusu "Qarabağ"da?

!Reklam – Yazi

Mətbuatda Qazaxıstanda yaşayan Akif Həsənovun “Qarabağ”da baxışda olmasına dair xəbərlər yayılıb.

İddialara görə, Karaqanda “Şaxtyor”unda çıxış etmiş futbolçu yaxın günlərdə “Qarabağ”da forma geyinəcək.

Lakin Yenicag.az-a açıqlama verən Akif Həsənov baxışda olmadığını bildirib:

“Sadəcə, imkan yarandı əvəzedici heyətdə bir dəfə məşq etdim. Buna baxış  demək doğru deyil. “Qarabağ”a gəlməyim haqqında deyilənlər həqiqəti əks etdirmir. Onsuz da Azərbaycanda “transfer pəncərəsi” də bağlıdır. Heç bilmirəm burda qalacağam, yoxsa yox”.

Qeyd edək ki, Qazaxıstan klubunun sabiq futbolçusu bir müddət əvvəl də “Neftçi”nin düşərgəsində yer alsa da, onunla bağlı qərar müsbət olmayıb.

Emin Səfərov

www.yenicag.az

2092
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv