!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bir istehlakçının ayda nə qədər vəsait xərclədiyi açıqlandı

!Reklam – Yazi

2022-ci ilin yanvar-may aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 21,7 milyard manat olmaqla 2021-ci ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 4,7 faiz artıb.

Dövlət Statistika Komitəsindən Yenicag.az-a bildirilib ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2021-ci ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz artaraq 20,9 milyard manata bərabər olub, onun 45 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb. Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 432,6 manat və ya 2021-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 63,5 manat çox vəsait xərcləyib.

www.yenicag.az

467
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv