“Birləşmiş Krallığın səfiri elə hesab edir ki, Azərbaycanla bağlı, …”
“Birləşmiş Krallığın səfiri elə düşünür ki, Azərbaycanla bağlı nə istəsə deyə bilər”.
Bu fikirləri Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz Twitter hesabında yazıb. N.Məmmədov bu məsələdən təəssüf hissi keçirdiyini qeyd edib:
“Dünən mətbuatda heç bir çərçivəyə siğmayan bir informasiyaya rast gəldim. Birləşmiş Krallığın Azərbaycandakı səfiri britaniya jurnalistlərinin akkreditasiya almamalarını biabırçılıq adlandırıb. Görünür Birləşmiş Krallığın səfiri elə hesab edir ki, Azərbaycanla bağlı nə istəsə deyə və edə bilər. Təəssüf”.