Dünyada ən populyar kriptovalyuta olan bitkoin qiymətini sabitləşdirməyə çalışır.
Yenicag.az-ın məlumatına görə, kriptovalyutanın son qiyməti iyunun 10-dan bu günə ilk dəfə olaraq 7 min dollar həddini bir qədər keçib.
“CoinMarketCap” portalının məlumatına əsasən bitkoinin qiyməti son sutka ərzində 1,51% ucuzlaşaraq 7,325 dollar təşkil edib.
Alternativ kriptovalyutalar da ucuzlaşıb. Belə ki, “Ethereum” 5,75% və ya 475,98 dollaradək ucuzlaşıb, “Ripple” 6,81% (0,48 dollara qədər), “Bitcoin Cash” 6,22% (816,37 dollaradək) ucuzlaşıb.
Kriptovalyuta bazarının kapitallaşması hazırda 286,3 milyard dollar təşkil edir və bunun 43,9 faizi bitkoinin payına düşür./Trend/
www.yenicag.az