Bitkoinin son qiyməti açıqlandı

media-hightechnic-468x90

Dünyada ən populyar kriptovalyuta olan bitkoin 8 min dollara alınıb-satılmaqda davam edir.

Yenicag.az-ın məlumatına görə, mütəxəssislər bitkoinin bir müddət bu həddə qalacağını proqnozlaşdırır.

“CoinMarketCap” portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 0,54% azalaraq 8,129 min dollar təşkil edib.

Alternativ kriptovalyutalar ucuzlaşma nümayiş etdirib. Belə ki, “Ethereum” 2,53% və ya 452,2 dollaradək, “Ripple” 2,4% (0,442 dollara qədər), “Bitcoin Cash” isə 2,25% (802,91 dollaradək) ucuzlaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 267,93 milyard dollar təşkil edir və bunun 48,03% faizi bitkoinin payına düşür./Trend/

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600