“Biz prezident Olland kimi dostları hədəfə almarıq”

media-hightechnic-468x90

download“ABŞ Fransa prezidenti Fransua Olland və digər yüksək çinli məmurları dinləməyib”.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Con Kerri deyib. O bildirib ki, ABŞ-ın prezident Ollandı dinləmək kimi bir məqsədi olmayıb: “Biz prezident Olland kimi dostları hədəfə almarıq. Milli təhlükəsizliklə bağlı hansısa konkret səbəblər olmadan biz xarici kəşfiyyat fəaliyyəti ilə məşğul olmuruq”.

Xatırladaq ki, “WikiLeaks” saytında ABŞ Milli Təhlükəsizlik Agentliyinin Fransa rəhbərlərini, o cümlədən bu ölkənin son 3 prezidentini dinlədiyinə dair sənədlər dərc olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600