“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyi “Biz qayıdacağıq…” sənədli filmini təqdim edib.
Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin “Qərbi Azərbaycanlı Qaziləri, Şəhid Ailələri və Veteranlarının İctimai Çağırışı – Biz Qayıdacağıq!” layihəsi çərçivəsində hazırlanmış sənədli filmin təqdimat mərasimi baş tutub.
Tədbirin əvəlində Dövlət Himni səsləndirilib və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə tarixi missiyanın davam etdiyini vurğulayıb:
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva çıxışında təqdim olunan sənədli filmin tarixi əhəmiyyətini önə çəkib:
Daha sonra söz alan şəhid ailələrinin üzvləri, qazilər, Milli Məclisin deputatı Vüqar İskəndərov, professor Firudin Cəlilov, fəlsəfə doktoru Pərviz Səmədov və psixoloq Rövşən Nəcəfov sənədli film haqqında təəssüratlarını bölüşüblər.
Qeyd edək ki, sənədli filmin ssenari müəllifi və rejissoru Teymur Zahidoğludur.