“Ukraynanın Krımı hərbi yolla azad etməyə kifayət qədər silahı yoxdur”
Ukrayna Prezidenti Vladimir Zelenski bəyan edib ki, ölkəsinin hazırda Krımı hərbi yolla geri qaytarmaq üçün yetərli silah-sursatı yoxdur.
Yenicag.az xəbər verir ki, Zelenski bu fikirləri jurnalistlər qarşısında keçirdiyi brifinq zamanı səsləndirib.
Bununla belə, dövlət başçısı vurğulayıb ki, Ukrayna Krımdan imtina edə bilməz.
“Çünki bu torpaq Ukrayna xalqına məxsusdur”, – Zelenski bildirib./Apa/