Türk iş adamları Bakıda: “Azərbaycan ticarət əlaqələrinin genişləndirilməsi baxımından mühüm yerdir” – VİDEO

media-hightechnic-468x90

“Bu bizim Azərbaycana bizim ilk səfərimizdir”.

Bunu Yenicag.az-a açıqlamasında Ordu Gənc İş İnsanları Dərnəyi İdarə Heyətinin üzvü Mete Şaşmaz deyib.

O, dərnək olaraq Azərbaycana ilk səfərini gerçəkləşdirdiyini, bunun isə həm dərnək, həm Ordu, həm də ölkələri adına mühüm olduğunu dilə gətirib.

Ordu Gənc İş İnsanları Dərnəyi İdarə Heyətinin üzvü Burak Kaya Bakıda ticarət əlaqələrinin genişləndirilməsi üçün planlanan görüşlər barədə danışıb və Bakıda olmaqdan məmnun olduğunu dilə gətirib.

Şərqi Qara dəniz İş Dünyası Federasiyası başqanı Samet Aktaş isə Bakıya səfəri çərçivəsində görüləcək işlərdən danışarkən deyib ki, Ordu Gənc İş İnsanları Dərnəyi ilə birlikdə edilən bu səfərin əsas mahiyyəti ticarət münasibətlərini gücləndirməkdən ibarətdir.

Memar Mücahit Yıldız isə Bakıda olmaqdan məmnunluğunu bildirərək qeyd edib ki, məqsəd istər sosial, istər iqtisadi, istərsə də ticarət əlaqələrini genişləndirməkdir.

“Evrosan” Makina İdarə Heyətinin üzvü Mert Akbulut vurğulayıb ki, Azərbaycan həm dərnək, həm də ticarət əlaqələrinin genişləndirilməsi baxımından mühüm yerdir.

Ətraflı videomaterialda:

Nəsimi Ələsgərli

Samir Məcidov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600