Cüdoçularımız Avropa çempionatında daha iki medal qazandılar

media-hightechnic-468x90

Azərbaycan Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə Avropa çempionatında növbəti medallarını qazanıb.

Yenicag.az xəbər verir ki, Zelim Tçkayev (81 kiloqram) və Murad Fətiyev (90 kiloqram) üçüncü yer uğrunda görüşdə rəqiblərinə qalib gələrək bürünc mükafata sahib çıxıblar.

Qeyd edək ki, daha əvvəl Azərbaycan cüdoçularından Əhməd Yusifov (60 kiloqram) və Rəşid Məmmədəliyev (73 kiloqram) bürünc medal qazanıblar.

Avropa çempionatına aprelin 26-da yekun vurulacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa