ABŞ prezidenti Co Bayden Vest-Poyntda ABŞ Hərbi Akademiyasının məzunları qarşısında çıxış edərkən rusiyalı həmkarı Vladimir Putini yenidən təhqir edib.
Yenicag.az xəbər verir ku, bu barədə TASS məlumat yayıb.
“Biz Ukraynanın tərəfindəyik və onu dəstəkləməyə davam edəcəyik. Uzun illər tanıdığım bir insana, qəddar tirana qarşıyıq. Biz geri çəkilə bilmərik və geri çəkilməyəcəyik”, – deyə Bayden ifadə edib.
O, həmçinin bildirib ki, Vaşinqton Ukraynaya silah tədarükünü davam etdirir və Ukrayna hərbçilərinə təlim keçməyə kömək edir. O, Ukraynada Amerika əsgərinin olmadığını qeyd edib.
www.yenicag.az