Demokratik İslahatlar Partiyası (DİP) sədrinin humanitar məsələlər üzrə müşaviri Rövşən Nəcəfov:

Cəmiyyətdə baş verən intihar hadisələri insanların həm sosial problemlərə münasibətindən, həm də psixoloji olaraq davranış qaydalarından asılıdır. İntihar fərdi qərar olduğu üçün, intihar edən şəxsin həyat tərzindən asılıdır. Sosial problemlər həmişə var. İstənilən şəxsin həyatında problemlərin müxtəlif növləri mövcuddur. Hər kəsin problemi eyni deyil və ya hər kəsin problemə yanaşması eyni deyil. Bizə problem kimi görünməyən hadisələr başqaları üçün cəhənnəmə çevrilir. Demək istədiyim odur ki, cəmiyyətdə hər kəsin öz mövqeyi və mənafeyi olduğu üçün, insanların intihar səbəbi də öz mövqeyindən və mənafeyindən asılıdır. Maddiyyat insanı məişət problemlərindən xilas etmir. Problemi başqa formaya çevirir. Yəni, mövzu yox, metod dəyişir. Məişət problemlərindən xilas olmaq üçün, insanın həyatında dialoqlar olmalıdır.

Biz, həyat fəlsəfəmizdə mənəviyyatımızı daha üstün tutmalıyıq. Çünki, maddi olaraq qazandığımız hər şeyi itirə bilərik. Mənəvi olaraq qazandıqlarımız bizim mənəviyyatımızı formalaşdırır. Yaşamaq ölüm qədər asan olsaydı, insanlar ölümü seçim etməzdilər. Həyatın bütün çətinliklərinə mənəvi zənginliklərlə qalib gəlmək olar.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 8
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."