“Bizim hazırlığımız bir-iki pillə öndə idi”
“Mobil nömrəsini bizə daşımaq istəyən abonentlərin xərclərini öz üzərimizə götürmüşük”
“Azercell Telekom” MMC-nin prezidenti Kirill Qaburiçin müsahibəsi:
– Məlum olduğu kimi fevralın 1-dən etibarən Azərbaycanda Mobil Nömrələrin Daşınması xidmətinə start verilib. Bu xidmət abonentlərə öz nömrəsini saxlamaq şərtilə bir mobil operatordan digərinə keçmək şəraiti yaradır. Bu xidmətin daha başqa hansı üstün cəhətləri var ?
– Biz Mobil Nömrə Daşınmasınin tətbiqində müştəri üçün aydın və əlverişli perspektivlər görürük. Bu xidmət bütün abunəçilərə eyni nömrəni başqa mobil operatorun tərkibində işlətmək hüququ verir. Abunəçiyə nömrəsini dəyişmədən digər operatorların xidmətindən istifadə etmək şansı təqdim edilir. Bu yolla abunəçi seçim haqqı etmiş olur. Belə olduqda müştəri hansı operatorun daha yaxşı, daha keyfiyyətli olduğunu müəyyənləşdirir. Bu olduqca əlverişli bir prosesdir. Çünki abunəçi nömrəsindən əvvəlki kimi istifadə edir və operatoru dəyişdikdə belə uzun müddət öyrəşdiyi nömrəni itirmək məcburiyyətindən qurtulmuş olur. Xidmətin digər müsbət cəhəti isə mövcud telekommunikasiya bazarında rəqabətin artırılmasına, operatorlar tərəfindən abunəçilərə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsinə, nömrə resurslarından effektiv istifadənin təmin edilməsinə, istehlakçı hüquqlarının qorunmasına, abunəçilərin daha səmərəli xidmət təqdim edən operatorun şəbəkəsinə maneəsiz keçməsinə şərait yaratmaqdan ibarətdir. Əminəm ki, rəqiblərimizdən bizə keçəcək abunəçilər rahat və maneəsiz xidmətlə qarşılaşaraq ən xoş təəssüratlar əldə edəcəklər. Biz müştərilərimizə ən yüksək səviyyədə xidmət göstərməyə hazırıq və bunu üçün bütün imkanlaımız var.
– Mobil nömrələrin daşınması zamanı bəzi qaydalara riayət etmək lazımdır. Bu qaydalar nədən ibarətdir?
– Burada hüquqi amillər çoxluq təşkil edir. İlk növbədə nömrə abonentin öz adına qeydiyyatdan keçməlidir. Bundan başqa istifadəçinin mobil operatora heç bir borcu, məhkəmə çəkişməsi olmamalıdır.Bizim şəbəkəyə daşınmaq istəyən müştərilərə ərizə forması ilə müraciət etmək lazımdır. Biz də mobil opertor olaraq təbii ki, öz qarşımıza bəzi öhdəliklər qoymuşuq. Bunlardan biri abonentin bizim operatora keçidini təmin etmək üçün lazım olan prosedurları yerinə yetirməkdir. Sözsüz ki, bizlər üçün hər şeydən önəmlisi müştərilərimizin rahatlığını təmin etməkdir. Biz İnformasiya Texnologiyaları Nazirliyi ilə ilk dəfə bu işə başlayanda qarşımıza prioritet məsələ kimi abonentlərimiz üçün bütün prosedurları tez bir zamanda, əziyyətsiz şəkildə yerinə yetirməyi qoyduq. Biz istəyirik ki, hətta digər operatorların müştəriləri bizə müraciət etdikləri ilk andan etibarən ən yüksək səviyyəli xidmətlə qarşılaşsınlar və tezliklə ölkənin ən keyfiyyətli və geniş şəbəkəsinin üstünlüklərindən faydalansınlar.
– Qeyd olunan xidmətin respublikamızda ilk dəfə tətbiq edildiyi və bununla bağlı abunəçilərin xidmətə olan maraqları nəzərə alınaraq, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən operatorlara müvafiq tapşırıqlar verildi. Sizdə necə, mövcud şəbəkələr və müştəri xidmətləri tam hazırlıq vəziyyətinə gətirilib?
– Mobil Nömrə Daşınması sisteminə Azercell Telekom MMC həm texniki, həm də müştəri xidmətləri baxımından tam hazır vəziyyətdə başladı. Biz hələ keçən il bu xidmətə keçməyə hazır olduğumuzu bəyan etmişdik. Lakin, Mobil Nömrə Daşınması prosesinin başlanması tək Azercell deyil, bazardakı bütün oyunçulardan asılı idi və söhbət yalnız mobil rabitə operatorlarından getmir. Bu ilin əvvəlində bazarın bütün iştirakçıları hazırlıq işlərini yekunlaşdırırlar və layihə işə düşdü.
Bu çoxfunksiyalı layihənin icrası istiqamətində şirkətimizin ən peşəkar mütəxəssisləri artıq 1,5 ildən artıq çalışıblar. Hal hazırda proses nəzərdə tutulan bütün proseduralara riayət etmək şərti ilə Azercell tərəfindən uğurla həyata keçirilir. Qeyd edək ki, Azərbaycanın lider mobil operatoru olan Azercell-in bütün ölkə üzrə 200-də çox müştəri xidmət məntəqəsi mövcuddur ki, bütün bu məntəqələrdə Mobil Nömrə Daşınması xidməti ilə bağlı abunəçi müraciətləri qəbul edilərək xidmət haqqında geniş məlumat təqdim olunur. Şəbəkə özündə 148 Azercell Ekspres, 10 Müştəri xidmətləri ofisi və 156 diler məntəqəsini birləşdirir.
Bundan əlavə, Skandinaviyanın ən iri mobil rabitə operatoru sayılan TeliaSonera şirkətlər qrupunun tərkib hissəsi olaraq, biz həmçinin Mobil Nömrə Daşınması prosesini uğurla tətbiq edən digər üzvlərimizin qabaqcıl təcrübələrindən də yararlana bildik. Bir sözlə, bizim bütün müştəriləmizə ən yüksək səviyyədə xidmət göstərmək üçün yetərli imkanlarımız var. Əminəm ki, rəqiblərdən bizə keçən abunəçilər Azercell-də əlverişli və xoş müştəri təcrübəsi ilə üzləşəcəklər.
– Hazırda sizə digər operatorların abunəçilərindən mobil nömrələrin daşınması ilə əlaqədar müraciətlər çoxmu olur? Bu barədə dəqiq rəqəmlər var əlinizdə?
– 1 fevral tarixindən bu günə kimi Mobil Nömrə Daşınması sistemi çərçivəsində 1000-dən çox müştəri nömrəsini Azercell Telekom-a daşımaq üçün müraciət edib. Azercell-in keyfiyyətli şəbəkəsindən və peşəkar müştəri xidmətlərindən yararlanmaq istəyən müştərilərin sayı hər gün artır. Lakin böyük rəqəmlər barədə danışmaq hələ tez olardı çünki müraciət edənlərin sayı azdır. Daha doğrusu, biz gözlədiyimiz ajiotaj yoxdur. Bunun əsas səbəblərini də biz özümüz üçün hardasa müəyyən etmişik. Mobil bazarın bir qədər dolması və hər bir mobil telefon istifadəçisinin ən azından iki nömrə işlətməsi hazırda bizim gözlədiyimiz müraciətlərin sayı məsələsinə səbəb ola bilər. Yəqin ki, hər hansı bir şəxs telefon işlədirsə, onun həm Azercell nömrəsi, həm də başqa mobil operatora məxsus nömrəsi var. Bu da həmin abunəçi üçün mövcud operatoru dəyişməyə lüzum yaratmır. Lakin mən qeyd etmək istərdim ki, bu gün 4,5 milyonluq abunəçi ailəsi olan Azercell öz faydalı təklifləri və yüksək keyfiyyəti ilə müştərilər üçün ən əlverişli seçimdir.
– Sizin digər mobil operatorlarla fərqiniz nədədir?
– Azercell Telekom fəaliyyətə başladığı ilk ildən etibarən ölkənin və Cənubi Qafqazın ən qabaqcıl mobil operatoru sayılır. Azərbaycan bazarındakı 17 illik fəaliyyətimizin müxtəlif sahələrində bir sıra yeniliklər tətbiq etmişik, ən müasir texnologiyaları Azərbaycana və bütün regiona gətirmişik, müştərilərimizə unikal xidmət göstərmişik. Fakturasız xətt sistem, mobil internet, mobil bank, mobil naviqasiya, avtomobillərin idarə olunması, BlackBerry həlləri, 4G, Asan İmza, cihazdan- cihaza (M2M), bir nöqtədə üç xidmət konsepsiyası (Azercell Ekspres ofisləri), fasiləsiz çalışan telefon mərkəzi, həftədə 7 gün çalışan Ön Masa müştəri xidmətləri, korporativ abunəçilər üçün müştəri xidmətləri, təcili onlayn müştəri xidmətləri və s. innovasiyaları təqdim edən ilk mobil operator olmuşuq. Biz həm telekommunikasiya həm də sosial, insan qaynaqları və digər sahələrin inkişafına böyük yatırımlar etmişik. Azercell qeyri-neft sektorunun ən iri vergi ödəyicisidir. 17 il ərzində dövlət büdcəsinə 1 milyard manata yaxın vergi ödəmişik. Azercell ölkənin mobil rabitə bazarında ən yüksək bazar payı- 51%; ən geniş və keyfiyyətli şəbəkəsi- 5.500-dən çox Radio Baza Stansiyası; ən peşəkar və çoxsaylı müştəri xidmətlər- 560 dan çox servis mərkəzi olan ölkənin bir nömrəli mobil operatorudur. Ən sürətli Mobil İnternet də Azercell-dədir. Belə ki, Ookla Net Index göstəricisinə əsasən bizim Mobil İnternetin sürəti 5,5 Mps bərabərdir. Azercell 4G şəbəkəsini və xidmətlərini geniş şəkildə kommersiya əsaslı istismara verən regionda ilk mobil operatordur. İndi biz 4G şəbəkəsini rayonlarda da qururuq. Azercell-in lider olması bizi fəaliyyət göstərdiyimiz bütün sahələrdə daim təkmilləşməyə, yenilənməyə və öndə getməyə sövq edir.
Bundan əlavə, Azercell qiymət və keyfiyyət baxımından da ən əlverişli operator sayıla bilər. Məhz bizdə üç milyondan artıq abunəçi, yəni müştəri bazamızın 70%, üçüncü dəqiqədən sonra sıfır tariflə danışır – bunların bir milyonu “Bölgə” tarifinin, digər iki milyonu isə gənc seqmentlər üçün tariflərin istifadəçiləridir.
– Yeri gəlmişkən, bəs tariflər barədə nə deyə bilərsiniz? Bu xidmətin istifadəçiləri əlavə nəsə ödəyəcəklərmi?
– Əvvəla tariflər barəsində onu deyib ki, tariflər hər zaman dəyişir. 5 il bundan qabaqkı qiymətlərlə indikiləri fərqləndirsək, nəticəni görə bilərik. Bu tendensiya dünyanın hər yerində mövcuddur. Ancaq mobil nömrəsini bizə daşımaq istəyən abonentlərin xərclərini belə desək, biz öz üzərimizə götürmüşük. Baxmayaraq ki, həmin xərclər heç də az deyil. Bu da bizim abonentlərə bu xidmətdən istifadə edə bilmək şansı yaratmaq üçün atılmış bir addımdır. Kompaniyamız da Azərbaycan əhalisinin bu cür xidmətdən rahat şəkildə istifadə etməsi üçün bütün çətinlikləri aradan qaldırmaq naminə çalışır. Bunla yanaşı həm mövcud, həm də şəbəkəmizə yeni keçid edən abunəçilərimizin Azercell xidmətlərindən istifadəsini daha zövqlü və əlverişli etmək, onların istək və ehtiyaclarını qarşılamaq üçün, mütəmadi olaraq tariflərini planlı şəkildə yeniləyir. Qeyd edək ki, təkcə ötən il ərzində 3-cü dəqiqədən sonra abunəçilərə pulsuz danışma imkanı verən “Bölgəm” tarifi üzrə endirim 50%-dən çox təşkil etmişdi və bu səbəbdən, adı çəkilən tarifə 1 milyondan çox insan qoşulmuşdu. Həmçinin, Mobil Nömrə Daşınması sisteminin tətbiqi ərəfəsində və ondan sonra da, biz abunəçilərimizə bir sıra güzəştli kampaniyalar və yeni tariflər təqdim etmişik. Onların arasında fakturasız xətt abunəçilər üçün “2 gün pulsuz danış!” kampaniyasını və bizim daimi fakturalı xətt abunəçilərimiz üçün pulsuz danışıq vaxtıni qeyd etmək olar.
Novruz bayramı ərəfəsində isə biz abunəçilərimizi xüsusi hədiyyələrlə sevindirdik: həftəsonları pulsuz İnternet təklif edən “Şənbə- bazar pulsuz İnternet” və Samsung telefonu alanların balansını 2 dəfə artıran “Bahar Samsung Smartfon Kampaniyası” təqdim etdik. Bölgələrdəki korporativ abunəçilər üçün isə “Korporativ Bölgə” yeni endirimli tarif istifadəyə verildi. Tarifə uyğun olaraq, bölgələrdə yerləşən şirkətlər bütün istiqamətlərdə 3 qəpik tarifi ilə danışacaq.
Artıq 5 ilə yaxındır ki, bizdə loyallıq proqramı fəaliyyət göstərir və abunəçinin öz hesabına yüklədiyi məbləğ ona müntəzəm olaraq bonuslar qazanmağa imkan yaradır. Korporativ müştərilərimiz daha sərfəli şəbəkədaxili tariflərimizi və tərəfdaş dükanlarda geniş endirim imkanları açan Bizklub proqramını çox yüksək dəyərləndirirlər. Bizdə həmçinin sevimli nömrələr seçimi verilir ki, müştərilərimiz istədikləri nömlərlə, hətta xarici abunəçi olsa belə, 50%-ə gədər endirimlə danışa bilsinlər. Bizim müxtəlif seqmentlər üçün faydalı tarif paketlərimiz mövcuddur- tələbələr, gənclər, dövlət işçiləri, jurnalistlər, müharibə veteranları, bölgə sakinləri və digər müştərilər öz tələbatlarına uyğun olaraq ən sərfəli tarifi seçə bilərlər.
Bütün abonentləri Mobil Nömrə Daşınması xidmətindən istifadə edərək, Azercell-ə keçməyə və bizi fərqləndirən yüksək keyfiyyətli xidmətlərdən faydalanmağa dəvət edirəm!(qafqazinfo.az)