“Bizim qadınlarımızın geyimlərinin, …”

media-hightechnic-468x90

e5cc6c489e17684d8e0778e351301152“Qərb ölkələrində ailə institutu aradan çıxmaqda, Azərbaycanda isə güclənməkdədir”

“Bu gün Qərb ölkələrində ailə institutu aradan çıxmaqda, Azərbaycanda isə güclənməkdədir”.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Milli-mənəvi ailə dəyərləri: ənənə və müasirlik” mövzusunda keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

M. Qurbanlı deyib ki, Qərb ölkələrində boşanma statistikaları çox görünmür: “Qərb ölkələrində ailə qurulmursa, 70 faiz vətəndaş nikahı ilə yaşayırlarsa, qurulmayan ailə necə dağıla bilər? Azərbaycanda isə əsaslı ailələr qurulur. Biz islami ənənələrimizi qorumalıyıq. İslami dəyərlər sərhədi keçib xurafata yönələndə onu qorumaq yox, ona qarşı çıxmaq lazımdır. Qadınlarımız hicabla bağlı məsələlərdə kimlərinsə hansısa ölkədə etdiklərini burada təkrar edəndə təəssüflənirik. Bizim qadınlarımızın geyimlərinin, hicablarının da özünəməxsusluğu var”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600