Blinkenin köməkçisindən Ermənistan və Azərbaycana: “Bizimlə işləyin”

media-hightechnic-468x90

Dövlət Departamenti hesab edir ki, Rusiyanın Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonundakı sülhməramlıları dəyişdirilməlidir.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində çıxışı zamanı deyib.

“2020-ci il atəşkəs bəyanatına görə, Rusiya qoşunları hazırda oradadır, bu, onların ilk müddətidir. Bu ölkələr (Ermənistan və Azərbaycan – Qeyd) üçün alternativ olarsa, Rusiya sülhməramlılarının iştirakına artıq ehtiyac qalmayacaq. Onlar artıq sülhməramlılar kimi öz vəzifələrini yerinə yetirə bilməyiblər”, – ABŞ dövlət katibinin köməkçisi deyib.

O əlavə edib ki, ABŞ Rusiya sülhməramlılarına alternativ təklif etməyə hazırdır:

“Ən yaxşı yanaşma hər iki ölkəyə alternativ verməkdir – bizimlə və Qərblə işləmək”./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05