“Blokçeyn, RWA və Maliyyə Sistemlərinin Gələcəyi” mövzusunda seminar keçirilib
3 May 2026 -cı ildə Kriptoqrafik İnnovasiyaların Tədrisi Xidmətinin təşkilatçılığı ilə “Blokçeyn, RWA və Maliyyə Sistemlərinin Gələcəyi” mövzusunda, blokçeyn texnologiyaları üzrə ekspert, dəyərli spikerimiz Şahin Məmmədovun çıxışı ilə seminar keçirilmişdir.
Yenicag.az xəbər verir ki, seminarda blokçeyn texnologiyalarının müasir dövrümüzdəki rolu, sahə üzrə ölkəmizdəki mövcud vəziyyət və gələcək yeniliklər, həmçinin KİTX -nin təşəbbüsləri iştirakçıların diqqətinə çatdırılmışdır.
Kriptoqrafik İnnovasiyaların Tədrisi Xidməti Azərbaycanda kiber kəşfiyyat və kriptoqrafiya üzrə xüsusi təlim-tədris fəaliyyəti göstərən qurumdur. KİTX, ölkənin milli kriptoqrafik və ezoterik təhlükəsizliyinin, infrastrukturunun keşiyində olmaqla, gələcəyin kiber kəşfiyyatçılarını inkişaf etdirməkdədir!














