BMT Danimarkanın ərazi bütövlüyünü dəstəkləyir

media-hightechnic-468x90

BMT Qrenlandiya məsələsi ilə bağlı mövqeyinin dəyişməz qaldığını bildirib və Danimarkanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib.

Yenicag.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik brifinqdə açıqlama verib.

Onun sözlərinə görə, Qrenlandiya ilə bağlı yaranmış vəziyyətdə gərginliyin azaldığı müşahidə olunur. Dujarrik qeyd edib ki, BMT Danimarka Krallığının ərazi bütövlüyünə, eləcə də xalqların öz müqəddəratını təyinetmə hüququna hörmət prinsipinə sadiqdir.

Rəsmi nümayəndə vurğulayıb ki, hər iki prinsip BMT Nizamnaməsində təsbit olunub və təşkilat bu mövqedən kənara çıxmır./Apa/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa