BMT-də islahatların aparılmasına çağırış etdi

media-hightechnic-468x90

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev BMT-nin, o cümlədən Təhlükəsizlik Şurasının strukturunda islahatların aparılmasına çağırış edib.

Yenicag.az xəbər verir ki, o, bu barədə “The Hill” nəşrinə müsahibəsində bildirib.

Dövlət başçısı daimi beş üzv olan ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çindən başqa digər ölkələrin də səsvermədə iştirakının vacibliyini bildirib. Tokayev bu prosesə dəyişiklik edilməsini istəyib.

Qazaxıstan lideri qeyd edib ki, yalnız bu yolla BMT mövcud regional çağırışlarla daha effektiv mübarizə apara biləcək. Dünyanın üzləşdiyi əsas təhlükələr arasında o, pandemiyaları, iqlim dəyişikliyini və nüvə silahını sayıb.

“Biz müəyyən irəliləyiş əldə etmişik. Kollektiv tədbirlərin uğursuzluğu özümüzü tam məhv etməyə hər saniyə yaxınlaşdırır. Sülh üçün bizə verilən imkanı itiririk”, – deyə Tokayev bildirib./Azertag/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600