Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

BMT-dən Pakistandakı terror aktlarına REAKSİYA

BMT-nin baş katibi Antoniu Quterreş Pakistanın Karaçi dairəsində Çinin Baş konsulluğuna hücumu və Xanqu şəhərində partlayışı pisləyib və ölənlərin yaxınlarına başsağlığı verib.

Yenicag.az-ın məlumatına görə, bu barədə baş katibin rəsmi saytında yerləşdirilən bəyanatda deyilir.

Bəyanatda bildirilir: “Baş katib Pakistanın Hayber-Paxnunxva əyalətində Çinin baş konsulluğuna hücumu və bazar meydanındakı partlayışı pisləyir. Baş katib həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yarlananların tezliklə sağalmasını diləyir. O, həmçinin Pakistan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir. O ümid edir ki, hücumları təşkil edənlər dərhal məsuliyyətə cəlb olunacaqlar”.

Qeyd edək ki, Pakistanın Xanqu şəhərində baş verən partlayış nəticəsində azı 30 nəfər həlak olub, 40 nəfər isə yaralanıb.

Bundan əlavə, Karaçi dairəsində silahlıların Çinin Baş konsulluğuna hücumu nəticəsində 2 polis əməkdaşı həlak olub, 1-i isə yaralanıb./Trend/

Loading...

www.yenicag.az

3709
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100