BMT-dən Türkiyəyə yardım çağırışı
Birləşmiş Millətlər Təşkilatı uzun zamandır ki, Suriya və İraqda gedən müharibələr nəticəsində artan qaçqın sayı ilə bağlı beynəlxalq cəmiyyət və təşkilatlara çağırış edib.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, BMT nümayəndələri, Türkiyənin minlərlə qaçqını qəbul etdiyini vurğuluyaraq, bu ölkəyə müəyyən yardımlar edilməsinin tərəfdarı olduğunu bildiriblər.
BMT sözçüsü Stefan Dujarric “Türkiyə və Suriyaya qonşu olan digər ölkələrə maliyyə yardımı edilməsi labüddür. Digər tərəfdən beynəlxaq cəmiyyətlər, o cümlədən müxtəlif təşkilatlar qaçqınlara sığınacaq verməlidir. Başqa sözlə digər ölkələr də qapılarını qaçqınların üzünə açmalıdır.”-deyə ifadə edib.
Qeyd edək ki, son vaxtlar İŞİD-lə kürd döyüşçüləri arasında gedən qanlı döyüşlər nəticəsində Suriyadan Türkiyəyə 20 mindən çox qaçqın sığınıb.