BMT-nin baş katibinin səhvi

media-hightechnic-468x90

ban_ki_moon_060913Vyanada keçirilən konfransda çıxış edən BMT-nin baş katibi Pan Gi Mun Avstriya ilə Avstraliyanı qarışıq salıb. Bu barədə Rusiya KİV-i “Associated Press”-ə istinadən xəbər verib.

Qəbul edən tərəfə minnətdarlığını ifadə edərkən baş katib konfransın təşkilinə görə Avstriyanın əvəzinə Avstraliyaya minnətdarlığını bildirib.

Az sonra Pan Gi Mun bildirib ki, bu, yanlış söz olub. Mətbuat konfransı zamanı Pan Gi Mun üzr istəyib və “Avstriyada kenqurunun olmadığını” yaxşı bildiyini deyib.

Qeyd edək ki, BMT-nin baş katibi iki ölkənin adını qarışdıran ilk siyasətçi deyil. 2007-ci ildə Sidneydə keçirilən ASİƏT zirvəsində ABŞ-ın sabiq prezidenti Corc Buş Avstraliyanın baş nazirinin İraqa səfəri barədə danışarkən Avstraliya qoşunlarını “Avstriya” qüvvələri adlandırmışdı.(trend)

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa