BMT-nin Dəniz Təşkilatı Hörmüz boğazından dənizçilərin təxliyəsini dayandırdı
BMT-nin Beynəlxalq Dəniz Təşkilatı (BDT) Oman sahilləri yaxınlığında yük gəmisinə hücum edildikdən sonra Hörmüz boğazından dənizçilərin təxliyəsi planının icrasını dayandırıb.
Yenicag.az xəbər verir ki, bu barədə təşkilatın baş katibi Arsenio Dominges bəyanat yayıb.
“BDT-nin təxliyə planı işə salındıqdan sonra bir neçə gəmi uğurla çıxarıldı. Lakin mən onun icrasını müvəqqəti dayandırmaq qərarına gəldim ki, evakuasiya siyahımızda olan gəmilər və bölgədəki bütün şəxslər üçün zəruri təhlükəsizlik təminatlarının davamlı şəkildə qorunacağına dair yenidən təsdiq alaq”, – deyə Dominges vurğulayıb.













