BMT rəsmisindən Üçüncü Dünya müharibəsi AÇIQLAMASI

media-hightechnic-468x90

BMT Katibliyi və təşkilatın digər qurumları, BMT Təhlükəsizlik Şurasından fərqli olaraq, bir sıra münaqişələrin və müharibələrin, o cümlədən Üçüncü Dünya müharibəsinin qarşısını ala bilib.

Yenicag.az xəbər verir ki, bu fikri BMT Baş katibinin qlobal kommunikasiyalar üzrə müavini Melissa Fleminq bildirib.

“Təhlükəsizlik Şurası bir sıra münaqişələrin erkən mərhələdə qarşısını almaq və ya dayandırmaq iqtidarında olmadı”, – deyə o “Neue Zürcher Zeitung” qəzetinə müsahibəsində vurğulayıb və əlavə edib ki, dünyada 1946-cı ildən bəri ən yüksək sayda silahlı münaqişə qeydə alınır: “Amma BMT Katibliyi və digər qurumlar müharibələrin qarşısını alıb və ya qeyri-sabit vəziyyətləri sabitləşdirib. Ən azından, Üçüncü Dünya müharibəsi yoxdur”.

Fleminqin fikrincə, təşkilat “qüsursuz deyil və daha yaxşı olmalıdır”. Bununla yanaşı, o etiraf edib ki, BMT “sülhün bərqərar olunması üçün yeganə universal forum olaraq qalır”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa