BMW mikroavtobusla toqquşdu-Video

media-hightechnic-468x90

11990269_1026259794074826_788181089_oadfBakı-Qazax-Gürcüstan magistral yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Qəza yolun Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. BMW markalı avtomobil Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən “Mercedes Sprinter” markalı mikroavtobusa arxadan çırpılıb. Nəticədə BMW-də olan sərnişin Bağır Bağırov xəsarət alıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır. Qəzanın hansı səbəbdən baş verdiyi aparılmış avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq(APA TV).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600