"Şuşa Bəyannaməsi ilə “Bir millət, iki dövlət” formulu real təhlükəsizlik arxitekturasına çevrildi" - Telman Nüsrətoğlu

media-hightechnic-468x90

 

media-banner_tuq

Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının yalnız emosional və tarixi bağlarla məhdudlaşmadığını, sadəcə “dar günün tərəfdaşlığı” olmadığını, eyni zamanda dərin strateji və geosiyasi mahiyyət daşıdığını ortaya qoyan fundamental sənəddir.

Bu barədə Yenicag.az-a danışan siyasi şərhçi Telman Nüsrətoğlu bildirib ki, sözügedən tarixi sənəd iki dövlətin zərurət yarandıqda tək dövlət, tək ordu kimi hərəkət edə biləcəyini rəsmən təsbit edir.

Ekspertin sözlərinə görə, Bəyannamə tərəflərdən hər hansı birinə yönəlmiş xarici təhdidi birgə təhlükə kimi qəbul edir və qarşılıqlı hərbi dəstəyin göstərilməsini nəzərdə tutur. Bu isə uzun illərdir dilə gətirilən “bir millət, iki dövlət” anlayışının artıq siyasi şüardan real təhlükəsizlik arxitekturasına çevrildiyinin bariz nümunəsidir.

Şuşa Bəyannaməsinin regionda və qlobal müstəvidə yaratdığı geosiyasi təsirin olduqca əhəmiyyətli olduğunu vurğulayan T.Nüsrətoğlu qeyd edib ki, bu sənəddən sonra Türk dünyasında inteqrasiya prosesləri sürətlənib, türk dövlətləri arasında həmrəyliyin və strateji koordinasiyanın yeni mərhələsi başlayıb.

Azərbaycanın əldə etdiyi Zəfər fonunda Türkiyə-Azərbaycan qardaşlığının real gücünün bütün dünyaya nümayiş olunduğunu diqqətə çatdıran şərhçi bildirib: “Bu gün regionda və beynəlxalq sistemdə baş verən dəyişən proseslər bir daha sübut edir ki, bu qardaşlıq yalnız tarixi miras deyil, həm də müasir geosiyasətdə vazkeçilməz, strateji güc mərkəzidir”.

Amir Aqiloğlu

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05