“Xüsusilə qeyd edilməli məqamlardan biri “parkovşik” adlanan şəxslərin bizə yaxından-uzaqdan aidiyyətinin olmamasıdır”.
Yenicag.az xəbər verir ki, bu sözləri Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.
O bildirib ki, həmin şəxslərin arxasında müəyyən himayədarları var.
BNA rəsmisi bildirib ki, həmin park yerlərində vətəndaşın daşınan əmlakına ziyan vurulsa belə, bu ziyan qarşılanmır:
“Bakı şəhərində tariflər tətbiq olunmadan vəsaitlərin yığılmasından söz gedə bilməz. Hər hansı parkda duran şəxsə BNA tərəfindən vəsiqə verilməyib. Mənə də yaxınlaşıblar, məsələ araşdırılıb və məsələ qanun çərçivəsində həll edilib”.