Finlandiya məhkəməsi azərbaycanlıların olduğu gəmi ilə bağlı qərar verdi

media-hightechnic-468x90

Finlandiya məhkəməsi telekommunikasiya kabelinə zərər vurmaqda şübhəli bilinən “Fitburg” gəmisinin heyət üzvünün həbs olunması barədə qərar qəbul edib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, polis Ermənistan vətəndaşının həbs olunduğunu bildirib; onun yük daşıyıcısındakı vəzifəsi açıqlanmayıb. Üç heyət üzvünün ölkəni tərk etməsi qadağan edilib.

Gəminin heyəti 14 nəfərdən — Rusiya, Gürcüstan, Azərbaycan və Qazaxıstan vətəndaşlarından ibarətdir.

Xatırladaq ki, 31 dekabrda Finlandiya polisi Sent-Vinsent və Qrenadin bayrağı altında Sankt-Peterburqdan İsrailin Hayfa limanına üzən “Fitburg” gəmisini Finlandiya körfəzinin dibi ilə Helsinkidən Tallinə uzanan “Elisa” sualtı telekommunikasiya kabelinə zərər vurmaqda şübhəli bilinərək saxlayıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05