Bodrumda sanksiyalardan qaçan rus yaxtaları yandı? - Anar Əlizadənin adı yenidən gündəmdə
Türkiyənin Bodrum şəhərində yerləşən Yalıkavak Marina ərazisində baş verən güclü yanğın nəticəsində 7 lüks yaxta tamamilə yanaraq batıb. İlkin hesablamalara görə, hadisənin vurduğu maddi zərər 100 milyon ABŞ dollarını ötüb.
Yenicag.az xəbər verir ki, yanğında məhv olan yaxtaların müxtəlif ölkələrdən olan biznesmenlərə – o cümlədən rus, ərəb və türk sərmayədarlara məxsus olduğu bildirilir. Hadisə turizm və yaxta biznesi üçün ciddi maliyyə itkisi kimi qiymətləndirilir.
Teleqraf.az-ın xəbərinə görə, yanğının baş verdiyi marina – Yalıkavak Marina – azərbaycanlı iş adamı, SOCAR Trading şirkətinin təsisçisi Anar Əlizadəyə məxsusdur. Anar Əlizadənin Sinqapur mərkəzli “RSR Holding Pte Ltd” şirkəti Yalıkavak Marinanın sahibi statusundadır. Anar Əlizadə Sinqapurdakı “Union Grand Enerjy” şirkətinin də sahibidir.
Eyni zamanda, son illər beynəlxalq mediada rusiyalı varlı şəxslərin və biznes strukturlarının sanksiyalar fonunda yaxtalarını Türkiyə sahillərində yerləşən marinalarda, xüsusilə Yalıkavakda saxlaması faktları tez-tez müzakirə olunur. Neft qaçaqçılığı ilə məşğul olan rus milyonçuları Anar Əlizadə ilə yaxın əlaqələri səbəbindən yaxtalarını məhz burada saxlayırlar.
Yanan və zərər görən yaxtalar
Batmış yaxtalar:
• SİSU
• DAD’S TOY
• SIESTA
• FLOATING ASSET
• CHER
• ICEBERG
• LULU D’ANGEL
Qismən zərər görən:
• BREEZE
Yaxtalar müxtəlif ölkələrdən olan biznesmenlərə məxsusdur:
• bir yaxta rus iş adamına məxsusdur
• bir neçə yaxta ərəb iş adamlarına məxsusdur
• bəziləri isə türk iş adamlarının mülkiyyətidir
Həmçinin qeyd olunur ki, yaxtaların bir hissəsi şəxsi adlara deyil, şirkətlər üzərindən qeydiyyata alınıb, bu da real sahiblik məsələsini tam şəffaf göstərmir.
Yaxtaların təxmini qiymətləri
• Iceberg: təxminən 8 – 15 milyon dollar
• Cher: təxminən 10 – 25 milyon dollar
• Siesta: təxminən 5 – 15 milyon dollar
• Dad’s Toy: təxminən 15 – 30 milyon dollar
• Floating Asset: təxminən 10 – 25 milyon dollar
• Lulu d’Angel: təxminən 8 – 20 milyon dollar
Bu rəqəmlər toplandıqda ümumi zərərin 100 milyon dolları aşdığı nəticəsinə gəlinir.
Hadisənin baş vermə səbəbləri ilə bağlı rəsmi araşdırma davam edir. İlkin versiyalar arasında texniki nasazlıq və elektrik sistemində qısaqapanma ehtimalı göstərilir. Qəsdən yandırılma ehtimalı da istisna deyil.
Camal Cavanşir













