Beynəlxalq Olimpiya Komitəsi (BOK) idmançıları Rusiyada keçirilməsi planlaşdırılan Dostluq Oyunlarında iştirakdan imtina etməyə çağırıb.
Yenicag.az xəbər verir ki, BOK-un saytındakı bəyanatında deyilir:
“Olimpiya Hərəkatı idmanın tamamilə siyasiləşdirilməsinə yönəlmiş istənilən təşəbbüsü, xüsusən də Rusiya hökuməti tərəfindən tam siyasiləşdirilmiş idman tədbirlərinin yaradılmasını qətiyyətlə pisləyir”.
Müraciətin mətnində qeyd olunur: “BOK Olimpiya hərəkatının bütün maraqlı tərəflərini və bütün hökumətləri beynəlxalq idmanın tam siyasiləşdirilməsinə yönəlmiş hər hansı təşəbbüsdə iştirakdan və ya dəstəkdən imtina etməyə çağırır”.
Dünya Dostluq Oyunları 2024-cü il sentyabrın 15-dən 29-dək Moskva və Yekaterinburqda keçiriləcək. Bundan əvvəl BRİKS Oyunları iyunun 20-dən 23-dək Kazanda keçiriləcək.
www.yenicag.az