Boksçularımız beynəlxalq turnirdə 3 medal qazandı

media-hightechnic-468x90

Serbiyanın Çaçak şəhərində boks üzrə “Qızıl əlcək” beynəlxalq turnirinə yekun vurulub. Azərbaycan millisi 15 ölkənin iştirak etdiyi yarışı 1 gümüş və 2 bürünc medalla başa vurub.

Yenicag.az xəbər verir ki, 60 kq çəkidə mübarizə aparan Ümid Rüstəmov (60 kq) finalda rusiyalı Nemət Səfərovla döyüşüb. Rəqib qələbə qazandığından boksçumuz gümüş medala yiyələnib.

Ondan öncə Ruslan Rüstəmov (63,5 kq) və Kamran Şahsuvarlı (75 kq) “Qızıl əlcəy”i 3-cü yerdə bitiriblər.

Yarışın ən yaxşı hakimi adına isə Anar Nağdıyev layiq görülüb. Beynəlxalq dərəcəli referimiz “Qızıl əlcəy”in təşkilatçıları tərəfindən xüsusi kubokla mükafatlandırılıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa