!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Boksçumuz Olimpiya çempionu oldu

!Reklam – Yazi

cc160Çinin Nanjinq şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında Azərbaycan millisinə növbəti medalı boksçumuz Rüfət Hüseynov qazandırıb.

49 kq çəki dərəcəsində mübarizə aparan idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Belə ki, ilk 2 döyüşündə Kumar Kakaraya (Hindistan) və Şalkar Aykinbaya (Qazaxıstan) qalib gələn (hər ikisinə 2:1) Hüseynov bu gün baş tutan final görüşündə özbəkistanlı Sulaymon Latipovla qarşılaşıb. Boksçumuz rəqibinə heç bir şans verməyərək, hər 3 raundu öndə bitirib. Nəticədə Olimpiya çempionunu tituluna yiyələnən Hüseynov yığmamıza 3-cü qızıl medalı qazandırıb.

Qeyd edək ki, bununla da aktivində 9 medal olan millimiz son yarış günündə onların sayını 10-a çatdırıb. Daha öncə isə komandamıza İslambek Dudovla (69 kq, yunan-Roma güləşi), Səid Quliyev (73 kq, taekvondo) qızıl, Leyla Əliyeva (44 kq), Natiq Qurbanlı (55 kq, hər ikisi cüdo), Ceren Özbek (44 kq, taekvondoçu), Cabbar Nəcəfov (50 kq, yunan-Roma güləşi), Leyla Qurbanova (52 kq, sərbəst güləş), Boris Yotov (akademik avarçəkən) gümüş və Nazim Babayev (atletika) medal qazandırıb.

www.yenicag.az

737
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv