Boksçumuz yarımfinalda-Yenilənir

media-hightechnic-468x90

boks-azerbaycan-4Bu gün Bakı-2015 I Avropa Oyunlarında boks yarışlarının 1/4 final mərhələsinə start veriləcək.

Yenicag.az xəbər verir ki, 7 çəkidə yarımfinalçıların adına aydınlıq gələcək. Azərbaycanın kişi boksçuları bütün çəki dərəcələrində mübarizələrini davam etdirəcəklər.

Kişilər arasında 49 kq çəki dərəcəsində Avropa və dünya çempionu Salman Əlizadə mübarizəyə 1/4 finaldan qoşulacaq. Boksçumuz ilk görüşündə irlandiyalı Brendan İrvinlə qarşılaşacaq.

52 kq çəkidə Elvin Məmişzadə Bolqarıstan təmsilçisi Daniel Asenovla döyüşəcək.

56 kq çəki dərəcəsində Tayfur Əliyev 1/4 finalda Danimarka idmançısı Frederik Yansenlə mübarizə aparacaq.

81 kq çəkidə mübarizə aparan Teymur Məmmədov hollandiyalı Peter Mullenberqlə qarşılaşacaq.

+91 kq çəki dərəcəsində mübarizə aparan Məhəmmədrəsul Məcidovun 1/4 finalda rəqibi isə türkiyəli Ali Dəmirəzəndir.
***
46-49 kq çəki dərəcəsində mübarizə aparan Salman Əlizadə rinqə çıxıb. O, irlandiyalı İrvine Brendan ilə qarşılaşıb. Təmsilçimiz 2:1 hesabı ilə rəqibə uduzub.
***
56 kq-da Tayfur Əliyev danimarkalı Censen Frederiklə münasibətlərə aydınlıq gətirib. Əliyev 3:0 hesabı ilə qələbə qazanaraq yarımfinala yüksəlib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600