Azərbaycan boks millisinin və “Qəbələ” İdman Klubunun üzvü, Rio-2016 Olimpiya oyunlarının gümüş mükafatçısı Lorenso Sotomayorun şəxsi “instagram” hesabında dəstələrlə manat şəkli paylaşması birmənalı qarşılanmayıb.
Yenicag.az xəbər verir ki, milliləşdirilmiş boksçu bu paylaşımı ilə qıcıq yaradıb.
Saytımıza açıqlama verən “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov bu hərəkətin idmançıya yaraşmadığını bildirib. Bundan başqa Nəcəfov Sotomayorun “Qəbələ”dəki maaşını da açıqlayıb:
“Sotomayor “Qəbələ”də aylıq 500 manat maaş alırdı. Son yarışlarda uğur qazanmadığı üçün o maaş da kəsilib. Yəni onun əlində tutub çəkdirdiyi pulların “Qəbələ”yə heç bir aidiyyatı yoxdur. Çox güman ki, həmin pullar millinin heyətində olanda beynəlxalq yarışlarda qazandığı uğurlara görə verilən mükafatdır. Əlbəttə ki, bu cür paylaşım bəyənilməyən haldır”.
Emin Səfərov