Tənqidə tuş gələn KOMİK FİLMLƏR: “Heç kimi məcbur edə bilməzsən, “Babək”ə bax, yaxud da…”

media-hightechnic-468x90

“Biz məqbul saymadığımız hansısa bir komediya filminin tamaşaçısını məcbur edə bilmərik ki, sən gəl “Babək” filminə bax, yaxud da digər filmlərə…”

Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış rejissor Tahir Tahiroviç son illər çəkilən və insanlar tərəfindən qınaqla qarşılanan komediya filmləri ilə bağlı sualımızı cavablandırarkən deyib.

Rejissor hər filmin öz tamaşaçısının oldğunu bildirib:

“Bu gün çəkilən filmlərə görə kimisə qınamaq olmaz. Müstəqil insanlar və müstəqil prodakşınlar istədiyini çəkə bilər. Qınaq obyekti kimi, demək olar, filmlərdə bir az lağlağı, bir az yüngüllük var. Amma ümumilikdə heç kimi qınamaq doğru deyil.

Məsələn, bu gün ürəklə güldüyümüz “Yol əhvalatı”, “Bəyin oğurlanması” filmlərinə, bəlkə də, nə vaxtsa Moskvada baxıb deyiblər, bu nə filmdir? Burada gülməli nə var? Yəni hər filmin öz tamaşaçısı var. Biz məqbul saymadığımız hansısa bir komediya filminin tamaşaçısını məcbur edə bilmərik ki, sən gəl “Babək” filminə bax, yaxud da digər filmlərə… Ona görə də mənim üçün qəbahət deyil, kim necə istəyir, o formatda da filmdə yumorunu təqdim edir”.

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa