Nevzat Çiçek: "Qarabağ zəfərindən sonra növbə İQTİSADİYYATDADIR" - VİDEO
“Türkiyə və Azərbaycanın hədəfləri birləşir: Biz təkcə iki ölkə üçün deyil, bütün bölgə üçün güc mərkəziyik”.
Bu sözləri Yenicag.az-a özəl açıqlamasında Bakıda keçirilən II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda iştirak edən tanınmış jurnalist və analitik Nevzat Çiçek deyib.
Nevzat Çiçek bildirib ki, “tək millət, iki dövlət” şüarı artıq real ticarət rəqəmləri ilə ətlə-qana dolur. O, Qarabağın azad edilməsindən sonra yaranan yeni geosiyasi vəziyyətin iqtisadiyyata birbaşa təsirini belə şərh edib:
“Qarabağın işğaldan azad edilməsi ilə hər iki ölkə üçün ciddi yeni imkanlar pəncərəsi açıldı. 15 milyard dollarlıq ticarət həcmi hədəfi qısa müddətdə böyük görünə bilər, amma mövcud potensialı nəzərə alsaq, bu, hələ başlanğıcdır. Hazırda Azərbaycanda 11 minə yaxın türk şirkətinin fəaliyyət göstərməsi son dərəcə önəmli bir göstəricidir”.
Analitik Zəngəzur dəhlizi və Orta Dəhliz layihələrinin strateji əhəmiyyətinə də toxunub:
“Azərbaycanın dünya bazarlarına açılması və Türkiyənin bu prosesdəki rolu həyati əhəmiyyət daşıyır. SOCAR-ın Türkiyədəki nəhəng investisiyaları bu əməkdaşlığın sarsılmazlığını sübut edir. İndi sənaye və texnologiya əməkdaşlığı gəlməli idi və bu forum göstərir ki, artıq o mərhələdəyik. Həm cənab İlham Əliyev, həm də cənab Rəcəb Tayyib Ərdoğan bu mövzuda çox qətiyyətli mövqe nümayiş etdirirlər”.
Ətraflı videomaterialda:
Məsimə Məmmədova
Səxavət Əliyev












