“Bomj”lar üçün yeni QADAĞALAR: Oturmaq, uzanmaq, yatmaq...

media-hightechnic-468x90

Los-Ancelesin Şəhər Şurası evsiz şəxslərə bir sıra ictimai yerlərə getmələrini qadağan edən qərarı dəstəkləyib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Şəhər Şurasının 15 üzvündən 13-ü bu təşəbbüsü müdafiə edib.

Qərara əsasən, “bomj”lara məktəblər, uşaq bağçaları, park və kitabxanalardan 500 fut radiusda (152 metr) oturmaq, uzanmaq, yatmaq və çadır qurmaq qadağan olunub.

Hollivudun Ticarət Palatası da sözügedən qərara dəstək verib. Onlar bunu “bomj”ların kiçik biznes təmsilçilərinə qarşı davamlı hücumları ilə əlaqələndiriblər.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa