!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Borisi “iş başında” yaxalamışam”

!Reklam – Yazi

img1684398Ermənilər məndən şikayət veriblər…

Məlum olduğu kimi, Batumidə Avropa Birliyi Vətəndaş Cəmiyyəti Forumu keçirilir. 6 ölkənin vətəndaş cəmiyyəti təmsilçilərinin qatıldığı bu foruma müşahidəçi qismində mən də dəvət olunmuşam. İlk gün skandalla başladı və mən də bütün bu skandal prosesini foto -video görüntülərlə qəzetimiz üçün hazırladım. Lakin reaksiyalar məni heyrətə gətirir.

Erməni nümayəndə heyəti, konkret olaraq Boris Novosardiyan məndən Avropa Birliyinə şikayət edib. Çünki yazaraq, iddia etmişəm ki , skandala səbəbdən olan Azərbaycan əleyhinə anti -təbliğat stendini ermənilər sifariş edib və prosesə Boris drijorluq edir… Foto da əlavə olunub, iddia mətninə. Kadrda Borisi “iş başında” yaxalamışam. Təşkilatçılar hazırda bu şikayəti qızğınca müzakirə edirlər… Borisə Bakıdan da ciddi dəstək var. Nə yazıramsa , Qrantın uşaqları anındaca ingiliscəyə tərcümə edib , onlara çatdırır.

Boris Novosardiyan aksiya iştirakçılarına dəstek və kurs verir

Onlar da əlində planşet , tez qaçırlar Forum təşkilatçılarının üstünə…Söz azadlığının anasını ağladır, Avropa demokratları, ermənilərə qoşularaq, Batumda. İyrənc bir mənzərə yaranıb. Hətta bizim heyəti sanksiya ilə hədələyirlər, – səbəb də musavat.com -da gedən yazılardır… Oranı tərkib etdim və bundan belə Forumun işində iştirakdan da, onu işıqlandırmaqdan da İmtina edirəm. Gedim, Batumi gözəlliklərini görüntüləyim, şəhərdən reportaj hazırlayım.

Təbii, ona da ermənilər mane olmasalar…(musavat.com).

www.yenicag.az

595
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv