“İsrail HƏMAS-ı maliyyələşdirir”.
Yenicag.az xəbər verir ki, bunu Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Jozep Borrell deyib. O bildirib ki, İsrail hökuməti “təkcə HƏMAS-ı yaratmayıb, həm də Fələstin Muxtariyyətini zəiflətmək üçün onu maliyyələşdirib”.
Borrell İspaniyanın Valyadolid Universitetinin fəxri doktoru adını aldıqdan sonra deyib:
“Bəli, HƏMAS Fəthin rəhbərlik etdiyi Fələstin Muxtariyyətini zəiflətməyə çalışan İsrail hökuməti tərəfindən maliyyələşdirilib”.
Avropa diplomatiyasının rəhbəri fələstinlilərin müdafiəsinə və onların dövlətinin tanınmasına çağırıb.
Xatırladaq ki, HƏMAS hərəkatı “Müsəlman Qardaşlar” hərəkatının Fələstin qolu əsasında yaradılıb. Yarım əsr əvvəl İsraildə Fələstin Müsəlman Qardaşlarını dəstəkləyən Likud partiyası hakimiyyətə gəlib.
Xuraman Etibarlı
www.yenicag.az