!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Boşanma zamanı aliment necə təyin olunur? – QAYDALAR

!Reklam – Yazi

“Qanunvericilik uşaqların maraq və mənafelərini əsas tutaraq, alimentin tutulması ilə bağlı işləri nəzərdən keçirir və uşaqların saxlanması üçün nəzərdə tutulan məbləğ borclu tərəfdən tutularaq, tələb edən tərəfə verilməsini təmin edir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında nikahın pozulması zamanı alimentin təyin olunması haqda danışan hüquqşünas Babək Həmidov deyib.

Onun sözlərinə görə, nikahın pozulması bəzən 6-7 davam edilə bilər.

“Apelyasiya şikayəti olduğu təqdirdə, bu, bəzən 1 ildən artıq müddətə qədər də davam edə bilər. Burada əsas iki məsələ vardır. Birincisi, nikah pozulmadan aliment tələbinin mümkün olmasıdır. Bu məsələnin qanunvericilikdə tam həlli var”, – deyə o əlavə edib.

B.Həmidov qeyd edib ki, qanunvericilik uşaqların maraq və mənafelərini əsas tutaraq, bir ay müddətində alimentin tutulması ilə bağlı işləri nəzərdən keçirir və bir ay müddətində qərar qəbul edərək, dərhal aliment tutulması və uşaqların saxlanması üçün nəzərdə tutulan məbləğ borclu tərəfdən tutularaq, tələb edən tərəfə verilməsini təmin edir:

“İkinci hal ondan ibarətdir ki, əgər nikahın pozulması və digər məsələlər davam edirsə, həmin iddiaçı tərəfin ona qarşı iddiasına baxılıb, yekun məhkəmə qətnaməsi qəbul olunana qədər müvəqqəti təminat tədbiri olaraq, aliment tələbini həyata keçirə bilər. Yekun məhkəmə qərarı qəbul olunana qədər alimentlə bağlı müvəqqəti təmin tədbiri kimi, borclu tərəfdən qəbul olunmuş məhkəmə qərarı məbləğində onun icrası tam təmin edilir”.

İsmayıl Bakuvi

www.yenicag.az

249
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv