!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Boşanmalardan çıxış yolu — Uzun müddət evli qalan qadınlara əməkhaqqı veriləcək?

!Reklam – Yazi
Türkiyə boşanmaların qarşısının alınması üçün uzun müddət evliliyini qoruyan, evli qalan qadınlara əməkhaqqı vermək niyyətindədir. Bu barədə məsələ Türkiyə Böyük Millət Məclisində müzakirəyə çıxarılacaq. 

Azərbaycanda da son illər boşanmaların sayı artıb. Rəsmi statistikaya görə, bu ilin 7 ayı ərzində 12 min 370 boşanma qeydə alınıb. Hazırda əhalinin hər 1000 nəfərinə boşanmaların sayı 2,1-dir. Yəni ölkədə günə təxminən 60 boşanma düşür.

Bəs eyni addım ölkəmizdə də atıla bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan deputat Fazil Mustafa bildirib ki, bu addım boşanmaların qarşısını alacaqsa, ola bilər:

“Türkiyədə boşanmanın qarşısının alınması üçün bu addımlar atılır. Belə olduqda da ailələr süni formada birgəliyə davam edib, boşanmayacaqlar, amma müəyyən vəsait almağa meyil edəcəklər. Ona görə də bu, mürəkkəb bir yoldur. Təbii ki, bizdə də edilə bilər. Əgər bu, boşanmanın qarşısını almaq üçün əlac olacaqsa, düşünmək olar. Amma bütövlükdə biz boşanmaların səbəblərinə baxmalı, onları ortadan qaldırmalıyıq”.

Milli Məclisin üzvü əsas olaraq gənclərin maddi təminatı məsələsinin həll olunmasının tərəfdarıdır:

“Gənclərin ev, iş məsələsini həll eləməliyik, yəni iş axtaran hansısa gənc işsiz qalmamalıdır, evinə çörək pulu qazanmalıdır, ailə qurmağa imkanı olmalıdır. Yəni bunu təmin eləməliyik. Evə pul girəcəksə, ailə də xoşbəxt olacaq, rahat yaşayacaq. Pul girməyəcəksə, onsuz da sıxıntı içində, sosial təzyiqlər altında qalacaq. Ona görə də biz bu mövzunu daha çox o konteksdə düşünməliyik”.

COP29

www.yenicag.az

137
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv